Tullantı idarəetməsi

Hər müəssisədə tullantı fərqlidir: ofisdə əsasən kağız və qablaşdırma, istehsalatda isə xammal qalıqları yaranır. İlk addım hansı tullantının nə qədər yarandığını bilməkdir.
Qrafiki qurun
Tullantının həcminə görə götürmə qrafiki razılaşdırılır. Belə olanda konteynerlər dolub-daşmır, ərazi təmiz qalır.
Çeşidləməyə başlayın
Kağız, plastik və metal ayrıca toplananda onların böyük hissəsi təkrar emala gedə bilər.
