
Məişət tullantılarının daşınması
Yaşayış binaları, ofislər və obyektlərdən tullantını müntəzəm və vaxtında götürürük.

Yaşayış kompleksləri, ofislər, mağazalar və digər obyektlər üçün məişət tullantısının müntəzəm daşınmasını təşkil edirik. Qrafik sizinlə birlikdə razılaşdırılır.
Tullantı uyğun texnika ilə götürülür, çeşidlənir və təkrar emala yararlı hissəsi ayrılır.
- Razılaşdırılmış qrafik
- Yükləmə bizim tərəfimizdən
- Çeşidləmə və təkrar emal
- Ərazinin təmiz təhvili
“Tullantı problem deyil — düzgün idarə olunanda resursdur. Bizim işimiz onu şəhərdən götürüb doğru yerə çatdırmaqdır.”
— GreenCity2020
İş prosesimiz
Hər sifariş eyni ardıcıllıqla icra olunur: müraciət, götürmə və daşınma, çeşidləmə və utilizasiya. Bu, işin vaxtında və qaydalara uyğun görülməsini təmin edir.
- Addım01
Müraciət
Tullantının növünü, həcmini və ünvanı bildirirsiniz.
- Addım02
Götürmə və daşınma
Razılaşdırılmış vaxtda yükləyib daşıyırıq.
- Addım03
Utilizasiya
Növünə uyğun emal və utilizasiya edirik.
Tez-tez verilən suallar
Hansı növ tullantıları qəbul edirsiniz?
Məişət, tikinti, sənaye, elektron və digər tullantı növlərini daşıyır və utilizasiya edirik. Konkret tullantı üçün bizə yazın — uyğun həlli deyək.
Sifarişi necə verə bilərəm?
Əlaqə formasını doldurun və ya zəng edin. Komandamız sizinlə əlaqə saxlayıb vaxtı və detalları razılaşdıracaq.
Yükləməni kim edir?
Yükləmə komandamız tərəfindən aparılır. Böyük həcmli tullantı üçün uyğun texnika gətirilir.
Müəssisələrlə işləyirsinizmi?
Bəli, müəssisələr üçün müntəzəm götürmə qrafiki qururuq. Detallar üçün bizimlə əlaqə saxlayın.